Şimali İrlandiyadan tarixi uğur
AÇ-2016-nın final mərhələsinə vəsiqə qazanan daha iki komandanın kimliyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, bunlar Şimali İrlandiya və Portuqaliya yığmalarıdır. F qrupunun lideri olan Şimali İrlandiya seçmə mərhələnin 9-cu turunda evdə Yunanıstana 3:1 hesabı ilə qalib gəlib. Bununla da, Britaniya təmsilçisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edib.
İ qrupunda qərarlaşan Portuqaliya yığması öz meydanında Danimarkanı sınağa çəkib. Moutinyonun 66-cı dəqiqədə vurduğu qol portuqallara minimal hesablı qələbə qazandırıb - 1:0. Bu qələbə sayəsində ən yaxın izləyicisini 6 xal qabaqlayan Portuqaliya millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, daha öncə İslandiya, Çexiya, İngiltərə və Avstriya yığmaları gələn il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edib.
saytlarin hazirlanmasi