"Qarabağ"ın futbolçusu cəzalandırıldı: növbəti matçı buraxacaq

12:11 - 9 Oktyabr 2015

Ermənistanla oyunu buraxacaq

 

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin şərəfini qoruduğu Albaniya milli komandası Avro – 2016-nın seçmə mərhələsi çərçivəsində doğma meydanda Serbiya ilə qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, meydan sahibləri matçın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə qapısında 2 top görüb və qarşılaşmadan 0 – 2 hesablı məğlubiyyətlə ayrılıb.

 

Bu qarşılaşmada albanlar ciddi itki ilə üzləşib. Belə ki, Ansi Aqolli görüşün 70-cu dəqiqəsində sarı vərəqə almaqla cəzalı duruma düşüb. Təcrübəli cinah müdafiəçisi qrup mərhələsində səfərdə Ermənistanla keçiriləcək qarşılaşmanı buraxmalı olacaq.

Xəbər xətti