"Samir Abbasova şans verdik ki, özünü sübut etsin"

18:20 - 9 Oktyabr 2015

Ceyhun Sultanov: "Buna futbolçuların özü imkan yaradır, hakimlər də istifadə edir"
 
"Aqil Məmmədov özü istefa verərək komandadan getdi. A lisenziyasına sahib olmadığı üçün müvəqqəti olaraq baş məşqçilik Samir Abbasova həvalə olunub. Lisenziyanı aldıqdan sonra, mövsümün sonuna qədər ona şans verəcəyik. İndidən demək olmaz ki, Samir Abbasov komandanı "qara zolaq"dan çıxacaq. Biz onun işinə baxıb komandaya baş məşqçi gətirmişik. Başqa namizəd yox idi, klubdaxili iclasda ilk fikirləşdiyimiz ad Samir Abbasov oldu, gənc mütəxəssisdir, ona şans verdik ki, özünü sübut etsin. Qaldı ki, Arif Əsədov və başqa bir neçə baş məşqçinin adının hallanması həqiqətə uyğun deyil". 
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Sumqayıt" klubunun baş meneceri Ceyhun Sultanov bildirib. Sultanov komandanın bu mövsüm uğursuz çıxışına və  bu mövsüm ən çox vərəqə almasına da belə münasibət bildirib:
 
"Uğursuzluğun səbəbi 80 faiz futbolçulardadır. Yəni, matçın son dəqiqələrində qol buraxmağın səbəbkarı hər halda futbolçulardır . Buna futbolçuların özü imkan yaradır, hakimlər də bundan istifadə edir. Futbolçular da özündə məsuliyyət hesab edib fikirləşib oynamalıdı. Bəzi qırmızı vərəqələr doğru verilib, bəzilər isə doğru deyil". 

Xəbər xətti