“İtaliya millisi özünə lazım olan nəticəni son tura saxlamaq istəməz”
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev AÇ-2016-nın seçmə mərhələsində millimizin İtaliya ilə keçirəcəyi matçla bağlı fikirlərini Sportal.az-a bölüşüb.
Təcrübəli mütəxəssis İtaliya yığmasının təcrübəli heyətə malik olduğunu qeyd edib:
“Millimizin bu matçda üç xal qazanacağı real görünmür. İtaliya millisinə qələbə lazımdır. Rəqib kifayət qədər təcrübəli komandadır. Buna baxmayaraq, millimizdən yaxşı oyun gözləyirik. İtaliya yığmasına hər futbolçu çağırılmır. Çağırılan futbolçuların hər biri təcrübəli və güclü futbolçulardır. İtaliya millisinin gənc futbolçuları özlərini sübut etmək üçün bu matçda çox çalışacaqlar. Rəqibimizin bir ayağı AÇ-2016-nın final mərhələsindədir”.
Şahin Diniyev milli komandamız üçün doğma meydan və azarkeş amilinin üstün olduğunu vurğuıayıb:
“İtliya millisi özünə lazım olan nəticəni son tura saxlamaq istəməz. Bu oyunun nəticəsi qrupda çaşqınlıq yarada bilər. Millimizin üstünlüyü doğma meydan və azarkeş amilidir. Sözsüz ki, futbolçularımız yeni arenada azarkeşlərimizi sevindirməyə çalışacaq”.