Bu çağırışlar bir "Rəvan"ın rəsmisi tərəfindən səsləndirilib
"Rəvan" Emin Quliyevin "torbasını tikir".
Qeyri-peşəkarlığın bayraqdarına çevrilmiş "Rəvan" rəhbərliyinin növbəti hədəfi Emin Quliyevin "quyusunu qazmaqdır". Redaksiyamıza bu barədə ötən tur baş tutan AZAL-la görüşdən maraqlı bir məlumat daxil olub. Matçın gedişatı zamanı AZAL-ın hesabı açmasından dərhal sonra tribunalardan ucalan "yes", "qol" nidaları izləyicilərin diqqətini cəlb edib. Məlum olub ki, bu çağırışlar bir "Rəvan"ın rəsmisi tərəfindən səsləndirilib.
Aysberqin görünən tərəfi ondan ibarətdir ki, baş məşqçilərini mütəmadi olaraq əlcək kimi dəyişən klub rəhbərliyindən olan bəzi şəxslər Emin Quliyevin "torbasını tikməyə" başlayıb. Həm də nəzərimizdən qaça bilməz ki, "Rəvan" göstərdiyi nisbətən yaxşı oyunlarına Emin Quliyevin rəhbərliyi altında müvəffəq olunmuşdur. Eyni zamanda, bütün uğursuzluqlarına baxmayaraq, komanda öz oyunu ilə çoxlarının rəğbətini qazanıb. Klub rəhbərliyi Emin Quliyevin "bağçasına daş atmaq" əvəzinə ona dəstək olub potensialını sırf futbol meydançasına yönəltsə, daha yüksək nailiyyətlərə imza ata bilər.
SPORTAL.AZ
saytlarin hazirlanmasi