Aquerodan sonra Silva da sıradan çıxdı
“Mançester Siti” klubu aparıcı futbolçularından daha birini itirib.
Sportal.az xəbər verir ki, Serxio Aquerodan sonra “şəhərlilər”in yarımmüdafiəçisi David Silva da sıradan çıxıb.
AÇ-2016-nın seçmə mərhələsində Lüksemburq millisiylə (4:0) qarşılaşmanın 11-ci dəqiqəsində sağ dizindən xəsarət alan ispaniyalı futbolçu yerini Xuan Mataya verib. Tibbi müayinədən keçən David Silvanın zədəsini o qədər də ciddi olmadığı məlum olub. Lakin həkimlər 29 yaşlı futbolçununb 3 həftə meydançalardan uzaq qalacağını açıqlayıblar.
Qeyd edək ki, Serxio Aquero Argentina millisinin heyətində zədə alaraq, bir aylıq sıradan çıxıb.
saytlarin hazirlanmasi