"Azərbaycan millisinin oyununu çox bəyəndim"
İtaliya millisinin və Fransanın "Monako" klubunun futbolçusu Stefan Əl-Şaravi Azərbaycan yığması ilə AVRO-2016-nın seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az sizi həmin fikirlərlə tanış edir:
- Oyun barədə nə deyə bilərsiniz?
- Mərhələ adlamaq baxımından çox vacib qələbə qazandıq. Oyuna bir həftəyədək hazırlıq keçmişdik. Meydançada ürəyimizi qoyduq. Fransaya yollanacağımızdan çox şadıq.
- "Qarabağ"la qarşıdakı oyunlar barədə nə deyə bilərsiniz?
- Çox yaxşı, mütəşəkkil komandaya qarşı mübarizə aparacağıq. Həmin oyunda özümüzü göstərməyə çalışacağıq. "Qarabağ"ın çox yaxşı komanda olduğunu bilirik. Buna görə özümüzü bu görüşə tam kökləyəcəyik.
- Bu oyunadək Azərbaycan futbolu barədə təsəvvürünüzü "Qarabağ" yaratmışdı, yoxsa ümumilikdə məlumatlı idiniz?
- Təsəvvürlərim bu oyundan başlayır. Azərbaycan millisi fərdi cəhətdən hazırlıqlı futbolçulardan ibarət kollektivdir. 4 oyundur uduzmurdunuz və buna görə çox ciddi hazırlaşmışdıq. Azərbaycan millisinin oyununu çox bəyəndim. (Report)
saytlarin hazirlanmasi