"Bura gəzməyə, dincəlməyə gəlməmişik"
"Rəqibi yaxşı analiz etmişik. Bilirik ki, güclü komandaya qarşı oynayacağıq”.
Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Rahid Əmirquliyev deyib. Millimiz Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sonuncu oyununu bu gün Bolqarıstana qarşı keçirəcək. Bu görüşdən öncə keçirilən mətbuat konfransında Əmirquliyev də iştirak edib.
O bildirib ki, Sofiyadan qələbə ilə ayrılmaq arzusundadılar: “Sofiyaya gəzməyə, dincəlməyə gəlməmişik. Seçmə mərhələnin sonuncu oyunudu. İnşallah, burdan layiqli nəticə ilə qayıdacağıq”.
Mənbə: apasport.az
saytlarin hazirlanmasi