VIII turun iki matçında...
Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın VIII turunun “Neftçi” – “Qəbələ” matçının bir gün tez keçirilməsini xahiş etmişdir.
Sportal.az xəbər verir ki, bunu və canlı yayımı nəzərə alaraq VIII turun oyununda dəyişiklik edilib. “Neftçi” – “Qəbələ” matçı 18 oktyabr 2015-ci il tarixindən 17 oktyabr 2015-ci il tarixinə keçirildi. Canlı yayımla əlaqədar olaraq “Sumqayıt” – “İnter” matçı 17 oktyabrda deyil 18 oktyabr tarixində baş tutacaq.
saytlarin hazirlanmasi