SON DƏQİQƏ "Qarabağ"da Reynaldo şoku ÖZƏL

17:59 - 13 Oktyabr 2015

Dizindən zədə alıb

 

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən "Qarabağ"ın heyətində ciddi itki baş verib.

 

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə Ağdam təmsilçisinin aparıcı futbolçusu Reynaldo sıradan çıxıb. Braziliyalı hücumçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Anderlext"lə Bakıda keçirilən matçda dizindən zədə alıb, lakin zədə sonradan büruzə verib.

 

Reynaldonun hansı müddətə sıradan çıxdığı hələki bilinməsə də, onun Premyer Liqanın 8-ci turunda "Zirə"yə və "Sumqayıt"a qarşı, Avropa Liqasında "Monako"ya qarşı keçiriləcək oyunlarda iştirak etməyəcəyi dəqiqdi.

Xəbər xətti