Erməni futbolçulara rüşvət veriblər
Albaniya yığmasının İrəvanda Ermənistanı məğlub edərək (3:0) tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanması ilə bağlı şok iddia ortaya atılıb
Sportal.az xəbər verir ki, nəticəsinin əvvəlcədən razılaşdırıldığı iddia edilən oyuna görə, albanlar Ermənistan milli komandasının 3 futbolçusuna və qapıçısına 500 min avro rüşvət veriblər.
Fransada keçiriləcək final mərhələsində iştirak üçün 3 xal lazım olub. İddiaya əsasən Albaniya ödənilən mükafat sayəsində qələbə qazanıb.
İrəvanda keçirilmiş qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb və Albaniya qrup ikincisi (14 xal) kimi Danimarkanı (12 xal) qabaqlayıb və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
saytlarin hazirlanmasi