AFFA Şakir Eminbəylini aldadıb: İdeya müəllifini "CBC Sport"-a yaxın buraxmayıblar ŞOK

21:49 - 13 Oktyabr 2015

"AFFA rəsmisi sms yazaraq..."
 
Jurnalist Şakir Eminbəyli "facebook" səhifəsində paylaşdığı maraqlı statusla diqqətləri cəlb edib.
 
Sportal.az xəbər verir ki, bu statusda AFFA rəhbərliyinin onu aldatdığını, sonradan jurnalistə yeni yaradılan "CBC Sport" telekanalında çalışmağı təklif etdiyi haqda və bir neçə məsələlərə aydınlıq gətirib:
 
"Son bir il ərzində AFFA rəsmiləri və Azərbaycan Çempionatında çıxış edən bir neçə klub rəhbərləri ilə mütəmadi görüşlər keçirərək ölkədə FUTBOL Televiziyasının yaradılmasının vacibliyini zamanın gəldiyini və bu işin qısa müddət ərzində ölkənin futbol infrastrukturuna inkişafına xidmət edəcəyinin, İdarəçilik baxımından effektivliyin qat-qat artacağının, bir sözlə ölkə futboluna yeni nəfəsin gələcəyini isbat edə bildim!
 
Ələxsüs də, belə bir alternativ kanalın yaradılması üçün Dövlət tərəfindən böyük maliyyə dəstəyinə malik "İdman Azərbaycan" kanalının bərbad və yarıtmaz fəaliyyəti fonunda bu layihəni həyata keçirməmək "günah olardı". Nə qədər qəribə görünsə də, görüşdüyüm funksionerlərin hər biri mənim fikirlərimlə nəinki razılaşır, bu layihənin həyata keçirilməsinə böyük maraq göstərir və bunun üçün nəyi və necə etməyi soruşur, mən isə öz növbəmdə onlara layihənin incəliklərinə, detallarına qədər YAZILI şəkildə məlumatlar göndərirdim. Pəh-pəhli təriflərdən sonra, mənə bəyan olunur ki, hazırda AFFA, eləcə də klublar maliyyə problemləri ilə üzləşdiyindən hətta növbəti Çempionatın keçiriləcəyinin özü belə sual altındadır. Elə bu səbəbdən də indi ayrıca "futbol kanalı" yaratmağın zamanı deyil...Vaxtı gələndə səni dərhal dəvət edəcəyik... 
 
Və... 
 
Bu söhbətdən cəmi 20-30 gün keçmir ki, AFFA ölkədə növbəti ölkə çempionatının televiziya yayımı barədə tender elan edir. Üstündən bir az da ötəndən sonra AFFA-nın özünün, eləcə də əsas maliyyə donoru SOCAR olan "CBC" kanalı tenderin qalibi elan edilir və bu kanalın efirində (kanalın texniki bazası futbol translyasını təşkil etmək üçün sıfır vəziyyətindədir) futbol üzrə Azərbaycan Çempionatının oyunların yayımları təşkil edilir. Texniki avadanlıq və heyət isə Türkiyədən gətirilir. Bu layihənin ideyasını verən, onun həyata keçirilməsini daima təbliğ edən, səbirsizliklə bu işin nə zaman başlayacağını gözləyən şəxs, yəni mən isə boyunu bükük qalıram kənarda...
 
Bu ideyanın ilkin müzakirələri zamanı məsələli tam çılpaqlığı ilə bilən və SOCAR rəhbərliyində təmsil olunan yaxın bir dosta incik formada "NİYƏ BELƏ?" sualından sonra AFFA-nın top menecerlərindən biri az keçmir ki, məni görüşə dəvət edir... bu arada isə artıq yeni kanalın, "CBC Sport" kanalının yaradılması üzərində hazırlıq işləri tam gücü ilə getməkdədir. Yeni yaradılan televiziyanın rəhbərləri ilə görüşə "Niyə?" dəvət olunduğum bəlli olur - yerli vətəndaş kimi, televiziya işinindən "anlayışım olduğu üçün" kanalın yaradıcılarına bəzi köməklikləri göstərmək, yerli televiziya bazarındakı tendensiyalar haqqında, kadr məsələlərinin həllində kiçik yardıma ehtiyac var. "Tezliklə Türkiyədən gələn mütəxəssislər geri dönəcək, o üzdən də yerli komanda yaradılmalıdır". Təbii ki, mənim özümə də "qızıl dağlar" vəd edilir - mən bu kanalda "bəzi vəzifələrdən" başqa istədiyim postu seçə bilərəm  İstehza ilə "burda daha mənlik bir şey yoxdur, amma layihələr çərçivəsində əməkdaşlığın mümkünlüyü barədə fikirləşib, cavab verərəm" deyib ayrılırıq..... Üstündən xeyli müddət keçəndən sonra AFFA rəsmisi sms yazaraq "istəyirsənsə, layihələr çərçivəsində əməkdaşlıq edək" məzmunlu namə göndərir. Son dərəcə gecikmiş təklifi etik normalar çərçivəsində rədd edir və açıq mətnlə bildirirəm ki, BU MƏNİM İDEYAM idi, siz isə məni süni şəkildə kənarlaşdırmaqla ideyanı isə öz adınıza keçirməklə, onu naməlum adamlara həvalə edərək artıq məni bu işi mənim üçün mənasız etmisiniz". Sizə və kanala uğurlar arzulayır, amma kanalla heç bir əməkdaşlıq haqqında düşünmürəm..."

Xəbər xətti