AVRO-2016: Pley-offun səbətləri açıqlandı

10:27 - 14 Oktyabr 2015

8 komanda iki “dördlük” təşkil edib

 

AVRO-2016-nın final mərhələsinə vəsiqə uğrunda mübarizəni pley-off mərhələsində davam etdirəcək komandalar səbətlərə bölünüb.

 

Sportal.az xəbər verir ki, UEFA-nın milli komandalar üçün əmsallar cədvəlinə əsasən 8 komanda iki “dördlük” təşkil edib.

 

Bosniya və Herseqovina, Ukrayna, İsveç, Macarıstan səpələnmişlər sırasında yer alıb.

 

Onların potensial rəqibləri isə Danimarka, Norveç, İrlandiya və Sloveniya yığmaları olacaq.

 

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması oktyabrın 18-də keçiriləcək. Bu raundun qarşılaşmaları noyabrın 12-14 və 15-17-də baş tutacaq.

Xəbər xətti