"Lazımi qədər qol vurduq"
AÇ-2016-nın son oyununda Azərbaycan millisini məğlub edən Bolqarıstan yığmasının üzvü İvelin Popov yerli mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, o Azərbaycan üzərindəki qələbəyə sevindiyini dilə gətirib: “Azərbaycan üzərindəki qələbəyə sevindim. Fikrimcə, lazımi qədər qol vurduq. Son 3 oyundan sonra psixoloji vəziyyətimiz ağır idi. Amma bu qələbə bizi çox sevindirdi. Biz belə də davam etməliyik. Beş oyundan sonra evdə 1 qələbə qazandıq. Bu yaxşı nəticə deyil”.
Moskva “Spartak”ının ulduzu azarkeşlərdən də danışıb: “Azarkeşlərimiz komandamızı sevirlər. Amma onlar qrupdan çıxmamağımızı qəbul etmədilər deyə oyuna az gəlmişdilər. İvaylo Petevin getməsi ilə nəsə dəyişməyəcək. Vəziyyəti başqa cür yoluna qoymaq lazımdır”.
saytlarin hazirlanmasi