Qrup üçüncüsü olub
Bosniya və Herseqovina yığmsı AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində son oyununu keçirib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə "Qəbələ"nin forvardı Ermin Zetsin şərəfini qoruduğu bu komanda səfərdə Kiprlə qarşılaşıb. Matç bosniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bosniya və Herseqovina bu qələbə sayəsində xallarının sayını 17-yə çatdıraraq, qrup üçüncüsü olub. Nəticədə, Şehiçlə Zetsin komandası AÇ-2016-nın final mərhələsinə vəsiqə verəcək pley-off oyunlarında mübarizə aparmaq şansı qazanıb.
saytlarin hazirlanmasi