Tahir Süleymanov: "Onlar Samiri buraxmaq istəmirdilər və qarşısına tələb qoymuşdular ki..."

19:30 - 14 Oktyabr 2015

"Heç kim "Neftçi"yə qarşı iddia qaldırıb pul qopara bilməzdi"
 
Dünən FİFA "Neftçi"də çıxış edən Samir Məsimovla bağlı Rusiyanın "Spartak" klubunun şikayətinə baxıb. “Spartak” klubunun FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb. FİFA tərəfindən “Neftçi” PFK-ya daxil olmuş məktubda ali futbol qurumunun “Mübahisəli Məsələlərin Həlli” şurası proseslə bağlı “Neftçi” PFK tərəfinin haqlı olduğunu və “Spartak” klubunun iddiasının rədd edildiyini bildirib”.
 
Samir Məsimovun "Neftçi"yə transfer olduğu zaman klubun vitse-prezidenti olan Tahir Süleymanov bu transfer və Rusiya klubunun şikayəti haqda Sportal.az-a açıqlamasında ətraflı məlumat verib:
 
"Oxucularımıza daha aydın olsun deyə, bildirim ki, Samir Məsimovu "Spartak"dan deyil, Moskvanın "Lokomotiv" klubundan azad statuslu futbolçu kimi transfer etmişdik. Bütün müqavilə detalları dəqiqliklə tənzimlənmişdi. Hətta Samir gənc futbolçu olduğuna görə,biz " Lokomotiv" klubundan rəsmi sənəd tələb etdik ki, gələcəkdə onunla bağlı iddia qaldıra bilməsinlər. Çünki Samiri buraxmaq istəmirdilər və qarşısına  tələb qoymuşdular ki, Azərbaycan millisindən imtina etsin.  Belə olacağı halda futbolçu rahat öz klubunda Rusiya vətəndaşı kimi çıxışını davam etdirəcəkdi. Samirin atası və özü ilə sohbətlərdə onların necə vətənpərvər olduqlarının şahidi olduq.
 
Ayı 4.150 $ olaraq 3.5 illik müqavilə imzaladıq. Klubda olduğum müddətdə onunla bağlı şikayət olmamışdı. Onunla moskvalı menecerləri vasitəsilə bağlanılmış müqaviləyə uyğun heç kim "Neftçi"yə qarşı iddia qaldırıb pul qopara bilməzdi. Ona gorə də "Spartak" klubunda da vaxtilə məşğul olmuş Samir Məsimova aid iddianı FİFA qəbul etməyib.
 
Bir məqamı da vurğulamaq istəyirəm. 21 yaşlılardan ibarət millimizin son oyunlardakı  biabırçı nəticələri fonunda hücumçu, hücumameylli yarımmüdafiəçi yoxdu deyilir, amma vətənini sevən istedadlı Samir Məsimov milliyə dəvət almir. Rusiyada yaşayan həqiqi qanimiz, canimiz bir olan futbolçu soydaşlarımız Samirin timsalında belə münasibəti gorüb millimizdə oynamaqdan imtina edirlər. Onların əvəzinə isə Taşkınlara,  Pavellere , Eratlara , Popoviçlərə yer  tapılır".

Xəbər xətti