UEFA Litva - İngiltərə matçı ilə bağlı qərar verəcək

11:31 - 15 Oktyabr 2015

Azarkeşlər arasında qarşıdurma

 

UEFA İntizam Komitəsi AÇ-2016-nın seçmə mərhələsinin son turunda baş tutmuş Litva - İngiltərə oyununda (0:3) baş verən hadisələrlə bağlı araşdırma başladıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb Vilnüsdə keçirilən oyunda azarkeşlər arasında baş vermiş qarşıdurma olub.Oyunun gedişində ingilis azarkeşlərin komandalarını dəstəkləməsindən əsəbləşən litvalı azarkeşlər rəqib fanatlarla aralarında olan canlı səddi aşaraq, ingilislərin olduğu tribunaya keçiblər.

 

Polis hadisəyə vaxtında müdaxilə edərək iğtişaşların böyüməsinin qarşısnı alıb.

 

UEFA İntizam Komitəsi oktyabrın 22-də keçirəcəyi iclasda Vilnüsdəki hadisələri araşdıraraq, müvafiq qərar  verəcək.

Xəbər xətti