"Zirə" ilə matça buraxmalı olacaq
"Qarabağ" Reynaldo Silva və Maksim Medvedevin zədələnməsindən sonra daha bir ciddi itki ilə üzləşib.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, komandanın ispaniyalı yarımmüdafiəçisi Dani Quintana sıradan çıxıb. Belə ki, Dani "Qəbələ" ilə yoxlama matçında əzələsini dartıb.
Onun 17 oktyabrda keçiriləcək Premyer Liqanın 9-cu turunda "Zirə" ilə oyunu buraxacağı dəqiqdir, oktyabrın 22-də Avroliqanın qrup mərhələsində "Monako" ilə baş tutacaq oyunda iştirak edib-etməməsi sual altındadır.
saytlarin hazirlanmasi