Arda Turan da var
"Avro-2016"nın seçmə mərhələsinin ən yaxşı fotosu müəyyənləşib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə millisinin futbolçusu Arda Turanın İslandiya üzərindəki qələbədən sonrakı sevinci seçmə mərhələnin ən yaxşı fotosu seçilib.
Arda matçdan sonra komandasının İslandiyaya 1:0 hesabı ilə qalib gələrək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmasını özünəməxsus şəkildə qeyd edib. UEFA həmin anlarda lentə alınan Ardanın fotosunu seçmə mərhələnin ən yaxşısı seçib.
Polşa yığmasının forvardı Robert Levandovski seçmə mərhələnin ən yaxşı oyunçusu, tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksələn Albaniya millisi isə ən yaxşı komanda olub.
Almaniya yığmasının futbolçusu İlkay Gündoğanın Şotlandiyaya vurduğu qol isə ən yaxşı qol seçilib.
saytlarin hazirlanmasi