Texniki heyət ittiham olunur
Tarixinin ən pis günlərini yaşayan Hollandiya millisində bu dəfə forma qalmaqalı gündəmə gəlib.
Sportal.az xəbər verir ki, AVRO-2016-nın seçmə mərhələsinin son oyununda Çexiyanı qəbul edən "narıncılar"ın futbolçusu Memfis Depay ötən ay İslandiya ilə matçda (1:2) geydiyi forma ilə meydana çıxıb. Onun formasının üst hissəsində Çexiyanın bayrağı əvəzinə İslandiyanın bayrağının olması bunu deməyə əsas verir. Həmin formanı soyunub-geyinmə otağına asmaqda milli komandanın texniki heyəti ittiham olunur.
saytlarin hazirlanmasi