"Əlimdə olan futbolçular bunlardır"
Premyer Liqanın VIII turu “Kəpəz” üçün uğurlu alındı. Gəncə təmsilçisi səfərdə “Rəvan”ı 2-0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Rəvan"ın baş məşqçisi Emin Quliyev bunları qeyd edib:
"Çempionatda ən bərbad oyunumuzu oynadıq. Əlimdə olan futbolçular bunlardır. Bəzi mövqelərə oyunçular istəmişdim, alınmadı. Çatışmazlıqlarımız var. Futbolçularımın bacardıqları budur. Əhval-ruhiyyə aşağı səviyyədədir. Ardıcıl məğlubiyyətlərdən sonra vəziyyət yaxşı deyil”.
saytlarin hazirlanmasi