"Ebah Kamerundan gəlib, iqlimə tam uyğunlaşmayıb"
Premyer Liqanın VIII turu “Kəpəz” üçün uğurlu alındı. Gəncə təmsilçisi səfərdə “Rəvan”ı 2-0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bunları qeyd edib:
“Məncə, oyun maraqlı alındı. Xoşbəxtliyi rəqib qapısında axtarmağa və qol vurmağa çalışdıq. İlk hissədə son nöqtəni qoya bilmirdik. Daha sonra dəyişiklik etdik. Ebahın meydançaya daxil olduqdan sonra dərhal qol vurması komandamın əl-qolunu açdı. Düşünürəm ki, ən yaxşı oyunumuzu yox, sadəcə, bunlardan birini oynadıq. Ən yaxşı oyunlarımız isə hələ irəlidədir. Bu soyuqda Bakıya gəlib, komandaya dəstək olan azarkeşlərimizə də təşəkkür edirəm.
Ebah qol vursa da, sakitləşmək olmaz. Ebah Kamerundan gəlib, iqlimə tam uyğunlaşmayıb. İstənilən futbolçu yaxşı oynamaqla əsas heyətin daimi üzvünə çevrilə bilər. Ebahın qol vurması yaxşı haldı, amma hələ onun pik formada olduğunu deyə bilərəm. Sadəcə, onu vurğulayım ki, əvvəl hücumçu problemimiz vardı. Mən həmin vaxt dəyişikliklər edə bilmirdim. İndi isə hücumda dəyişikliklər etmək iqtidarındayam”.
saytlarin hazirlanmasi