"İlk "4-lük"də qərarlaşmaq fikrindəyik"
Azərbaycan Premyer Liqasının VIII turunun açılış oyununda “Rəvan”a 2:0 hesabı ilə qalib gələn “Kəpəz”in müdafiəçisi Şəhriyar Əliyevin Sportal.az-a müsahibəsi
- “Rəvan”la oyunda 0:2 hesablı qələbə qazandınız. Matç barədə nə deyə bilərsən?
- Yaxşı oyun oldu. Ilk hissədə küləyə qarşı oynayırdıq, oyunumuz alınmadı. Amma ikinci hissə başlar-başlamaz hesabı açdıq. Rəqib azlıqda qaldı və bu da bizim işimizə yaradı.
- Rəqib qapıçı ilə aranızda gərginlik yarandı. Nə baş vermişdi?
- Arxadan ayağıma zərbə endirdi və söyüş söydü. O anda özümü güclə saxladım ki, cavab verməyim. Hakim də sağ olsun gəlib ikimizə də sarı vərəqə göstərdi. (gülür)
- Ardıcıl ikinci oyundur ki qələbə qazanırsız. Bu uğurlu seriyanı davam etdirə biləcəksinizmi?
- Gələn oyunu “Xəzər Lənkəran” ilə oynuyacağıq. Çalışacağıq ki, qələbə qazanıb bu seriyanı davam etdirək. Elə oyunlar olmuşdu ki yaxşı oynamışdıq amma qələbə qazana bilməmişdik. Bu problemi də həll etdik, qələbələri sıralamağı düşünürük.
- Gələn turda “Xəzər Lənkəran” ilə qarşılaşacaqsınız. Zəifləmiş “ağ-yaşıl”larla oyundan nə gözləyirsən?
- Düşünmürəm ki, Lənkəran zəif rəqibdir. Bizdə də cavan futbolçular çoxdur, heyət baxımından elə də ciddi fərq yoxdur. Hazırlaşıb qələbə qazanmağa çalışacağıq.
- Komanda ardıcıl qələbələr qazanır. Bu gedişlə çempionatda hansı pilləni hədəfləyirsiniz?
- Az zaman çərçivəsində yığışdıq, amma ilk 4-lükdə qərarlaşmaq fikrindəyik. Avroliqaya getmək istəyirik.
- Artıq "Kəpəz"də daimi oynayırsan, milli komandaya növbəti oyunlarda dəvət gözləyirsən?
- Hər oyundan oyuna çalışıram ki, daha da yaxşı oynayım. Təxminən il yarım demək olar ki, az oynadım. Hələ də əvvəlki formamda deyiləm, amma yenidən əvvəlki formama qayıtmağım üçün hazırda var qüvvəmlə çalışıram.
saytlarin hazirlanmasi