Lənkəran şəhər stadionu su altında qala bilər

12:58 - 17 Oktyabr 2015

Lənkəran çayının bəndinin aşmaq təhlükəsi var

 

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - AZAL  matçı təxirə salına bilər.

 

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun Sportal.az-a verdiyi məlumata görə Lənkəranda 4 gündür aramsız yağan yağışlar stadionun ot örtüyünü ağır vəziyyətə salıb. 

 

Hələ ki, stadion üçün təhlükə olmasa da, yağışlar belə davam edərsə  yaxınlıqdan keçən Lənkəran çayının bəndinin aşmaq təhlükəsi var. Bu isə stadionun su altında qalmasına səbəb ola bilər.

 

Bu gün saat 18:00-da cənub təmsilçisi AZAL-la oyun öncəsi son məşqinə çıxacaq. Əgər ot örtüyünün vəziyyəti qənaətbəxş olmasa məşq təxirə salına bilər. Sabah isə AFFA nümayəndələri Lənkərana gedərək, stadionun ümumi vəziyyəti ilə tanış olacaqlar. Onların rəyindən sonra oyunun keçirilib-keçirilməməsi ilə bağlı qərar veriləcək.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL qarşılaşması sabah saat 18:00-da start götürəcək.

Xəbər xətti