Polsilər araya girdi
Premyer Liqanın VIII turu çərçivəsində hazırda da davam edən "Neftçi" - "Qəbələ" matçında qalmaqal yaşanıb.
Sportal.az-ın stadionda olan əmıəkdaşının verdiyi məlumata görə, qalmaqalın başlamasına səbəb"Neftçi" azarkeşləri rəqib komandanın bayrağını tərs asması olub. Bundan sonra "Qəbələ" azarkeşlərinin bayrağın düz asılmasını istəməsi qalmaqala səbəb olub. Polislərin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.
Onu da qeyd edək ki, "Neftçi" azarkeşləri hələ də bayrağı düzəltməyiblər.
saytlarin hazirlanmasi