Roman Qriqorçuk: "Hesab böyük ola bilərdi"

18:14 - 17 Oktyabr 2015

"Mənim buna, sadəcə, şərhim yoxdur"

 

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində "Qəbələ" "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdi.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib:

 

“Mən futbolçulardan çox razıyam. Oyunçular sona qədər oynadılar və inandılar. Mən istənilən hesabla razılaşacaqdım. Tablodakı hesab sənin oyununun nəticəsidir. İlk hissədə çox sayda qol epizodlarımız oldu. Hesab böyük ola bilərdi, amma qollar vura bilmədik. İkinci hissədə bunu bacardıq. Futbolçulara təşəkkür edirəm. 
Mən son vaxtlar adımın Ukrayna yığması ilə hallanmasını oxuyuram. Mənə çoxlu zənglər gəlir. Mənim buna, sadəcə, şərhim yoxdur”.

Xəbər xətti