Çumbinyo: "Qurban Qurbanov elə bir insandır ki..."

01:22 - 18 Oktyabr 2015

"Zədəli olduğum müddətdə həyati baxımda çox şey öyrəndim"
 
"Hər şeydən əvvəl Allaha şükür edirəm ki, məni yenidən meydana qaytardı. Ailəmə mənə dəstək olduğuna görə, təşəkkür edirəm. Həmçinin, “Qarabağ”a da minnətdaram ki, bu günə kimi sağalmağımı gözləyiblər. Zədəli olduğum müddətdə həyati baxımda çox şey öyrəndim. Ümid edirəm ki, davamlı oynayacam. Komandada hər kəsə hörmətlə yanaşıb, öz işimi görəcəm. Meydançaya qayıtdığıma görə şadam. Ən önəmlisi isə "Zirə" ilə oyunda qalib gəldik".
 
Sportal.az xəbər verir ki, bu sözləri uzun müddətdən sonra zədəsini sağaldaraq yaşıl meydanlara qayıdan "Qarabağ"ın braziliyalı futbolçusu Çumbinyo bildirib. Braziliyalı futbolçu bir neçə gün sonra qarşılaşacaqları "Monako" ilə oyun haqda fikirlərini bildirib:
 
"Qarabağ"ın baş məşqçisi elə bir adamdır ki, futbolçuları düzgün dəyərləndirməyi bacarır.O, lazım olan futbolçuları meydana buraxacaq. Qrupumuz çox çətindir, ancaq bu qrupdan çıxmaq mümkünsüz deyil".

Xəbər xətti