"Xəzər Lənkəran" mövsümdə ikinci qələbəsini qazandı, "İnter" "Sumqayıt"la sülhə razılaşdı

21:51 - 18 Oktyabr 2015

VIII tura yekun vurulur

 

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə də 2 qarşılaşma baş tutub.

 

Günün ilk oyununda “Xəzər Lənkəran” doğma meydanda AZAL-ı 3:1 hesabı ilə məğlub edərək mövümdə ikinci qələbəsini qazanıb.

 

Turun və günün son matçında "Sumqayıt"  Bakının “İnter” klubunu qəbul edib. "Sumqayıt" yeni baş məşqçisi Samir Abbasovla çıxdığı ilk younda 1 xalla kifayətlənib. 1:1


18 oktyabr 

 

18:00. “Xəzər Lənkəran” - AZAL 3:1

Qollar: Kamran Abdullazadə,19,90, Sadio Tounkara,65, - Murad Səttarlı,33
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

 
20:00. “Sumqayıt” - “İnter” 1:1 

Qollar: Pərdis Fərcad-Azad,10, - Nika Kvekveskiri,36
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev.
Sumqayıt. “Kapital Bank Arena”.

Xəbər xətti