Almaniya klubundan rəsmi açıqlama
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" qrup mərhələsinin növbəti matçında Dortmund "Borussiya"sını qəbul edəcək.
Sportal.az xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşma öncəsində maraqla gözlənilən məsələlərdən biri də, rəqibin erməni futbolçusu Henrix Mxitaryanın ölkəmizə gəlib-gəlməyəcəyi ilə bağlıdı.
Artıq məsələ dəqiqləşib. Belə ki, erməni futbolçu paytaxtımızda baş tutacaq qarşılaşmada iştirak etməyəcək. Ümumiyyətlə, Mxitaryan Bakıya gətirilməyəcək. Bu barədə klubun icraçı direktoru Xans-Yoaxim Vatske bildirib. Onun sözlərinə görə, futbolçunun Azərbaycana buraxılması ilə bağlı heç bir problem yoxdu. Sadəcə, təhlükəsizlik səbəbi ilə Mxitaryan Bakıya aparılmayacaq.
Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı oktyabrın 22-də, saat 20:00-da start götürəcək. Qarşılaşma "Bakcell Arena"da baş tutacaq. (sport7.az)
saytlarin hazirlanmasi