5 matç keçirildi
Premyer Liqanın VIII turuna keçirilən 5 matçla yekun vuruldu.
Sportal.az xəbər verir ki, 5 matçda ümumilikdə stadionda 9 min azarkeş olub. Ən çox azarkeş Lənkəranda qeydə alınıb ki, keçirilən "Xəzər Lənkəran" - AZAL (2:1) matçına 5 min fanat stadiona gəlib.
"Qarabağ" - "Zirə" (4:1) matçında 2200, "Sumqayıt" - "İnter" (1:1) oyununda 1000, "Neftçi" - "Qəbələ" (0:1) qarşılaşmasında isə 600 azarkeş qeydə alınıb. Ən az azarkeş isə, 200 nəfərlə "Rəvan" - "Kəpəz" (0:2) matçında olub.
saytlarin hazirlanmasi