"Yaxın günlərdə məşqlərə başlayacam"
"Qarabağ"ın təcrübəli futbolçusu İlqar Qurbanovun zədələnməsi barədə xəbər vermişdik.
Sportal.az xəbər verir ki, təcrübəli futbolçu məşqlərə başlayacaq. Bunu saytımıza açıqlamasında İlqar Qurbanov özü bildirib: "Tibbi müayinədən sonra ciddi bir şeyin olmadığı məlum oldu. İnşallah məşqlərə başlayacam".
İlqar Qurbanovun Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 22-də Fransada "Monako" ilə oyuna hazır olacağı gözlənilir.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi Premyer Liqanın VIII turu çərçivəsində "Zirə" ilə keçirilən matçda (4 - 1) zədələnərək meydanı tərk etmişdi.
saytlarin hazirlanmasi