Komitənin iclası
Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, keçirilən iclasda Premyer Liqa klublarının cəzaları açıqlanıb:
Premyer Liqasının VIII turunun “Rəvan” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Oyunun 59-cu dəqiqəsində “Rəvan” klubunun 20 №-li futbolçusu Kənan Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 87-ci dəqiqəsində “Rəvan” klubunun 21 №-li futbolçusu Novruz Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 90+1-ci dəqiqəsində “Rəvan” klubunun 16 №-li futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Rəvan” – “Kəpəz” matçının 55-ci dəqiqəsində “Rəvan” klubunun 5 №-li futbolçusu İmran Təhmirazlı idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur.
Oyunun 90+3-cü dəqiqəsində “Rəvan” klubunun 55 №-li futbolçusu Hüseyn Axundov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1000 manat cərimə olunur.
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Xəzər Lənkəran” – AZAL matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 31-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 77 №-li futbolçusu Əli Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur
saytlarin hazirlanmasi