"Qurban Qurbanovun jesti UEFA-nın iclasında müzakirə olunacaq"

18:14 - 20 Oktyabr 2015

"Məşqçimiz nümunəvi hərəkəti UEFA tərəfindən layiqincə qiymətləndiriləcək"

 

AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqanın 7-ci turunda "İnter"lə görüşdəki penalti qərarına münasibət bildirib.  
 

Sportal.az "atv.az"a istinadən xəbər verir ki, E.Məmmədov Qurbanovun dünya futbolunda nadir rast gəlinən bu jestinin alqışa layiq olduğunu deyib:
 

"Əlbəttə ki, Qurban Qurbanovun bu addımı yalnız alqışa layiq idi. Mən həm AFFA-nın baş katibi, həm də UEFA-nın “Fair-play” Komitəsinin ikinci vitse-prezidenti kimi İsveçrənin Nyon şəhərində keçiriləcək noyabr ayındakı iclasında bu məsələni mütləq müzakirəyə qoyacam. Hətta bütün gücümdən istifadə edib, onu komissiyanın işinin gündəminə də saldıracam. Bu, mənim AFFA-nın baş katibi və komissiyanın məsul şəxsi kimi borcumdur. Əminəm ki, məşqçimiz nümunəvi hərəkəti UEFA tərəfindən layiqincə qiymətləndiriləcək".

Xəbər xətti