AFFA-nın araşdırma aparacağı milli üzvlərinin adları məlum oldu

21:27 - 20 Oktyabr 2015

4 futbolçunın adı yer alıb
 
Xəbər verdiyimiz kimi, bu gün AFFA-da Məşqçilər Komitəsinin iclasında 21 yaşadək futbolçulardan ibarət komandamızın Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar üçün təlim-məşq toplanışına zədəli olduğunu bildirərək qatılmayan futbolçuların həqiqətən zədəli olub-olmamasının araşdırılması barədə qərar qəbul edib. Lakin AFFA-nın rəsmi saytında yer alan xəbərdə həmin futbolçuların adları açıqlanmayıb.
 
Sportal.az futbolxeber.az-a istinadən xəbər verir ki, söhbət 4 futbolçudan gedir. Bunlar Coşqun Diniyev ("Qarabağ"), Elşən Abdullayev ("Neftçi"), Orxan Əliyev ("Xəzər Lənkəran") və Seymur Əsədovdur (AZAL).
 
Qeyd edək ki, Premyer Liqanın son turunda adıçəkilən 4 futbolçudan ikisi - Coşqun Diniyev və Elşən Abdullayev meydana çıxdıqları halda, Seymur Əsədov və Orxan Əliyev komandalarına kömək edə bilməyiblər.

Xəbər xətti