Reynaldonun son durumu məlum oldu: 6 ay oynamayacaq

20:01 - 21 Oktyabr 2015

Futbolçu əməliyyat olunacaq
 
"Qarabağ"ın zədəli futbolçusu Reynaldonun son durumu müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, Almaniyada tibbi müayinədən keçən braziliyalı hücumçu dizindən əməliyyat olunacaq. Bu səbəbdən o, ən azı 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Anderlext"lə Bakıda keçirilən matçda köhnə zədəsi üzə çıxan Reynaldo bu gün Fransada olan "Qarabağ"ın düşərgəsinə qoşulub. O, sabah Avropa Liqasının qrup mərhələsində "Monako" ilə görüşü stadiondan canlı izləyəcək.
 
Qeyd edək ki, "Sta Lui II" stadionunda keçiriləcək "Monako" - "Qarabağ" oyunu sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. (qol.az)

Xəbər xətti