Samir Musayev: "Qazandığımız yaxşı nəticə Fransadakı ermənilərin də bir cavabı olar"

00:36 - 22 Oktyabr 2015

"Bir az təcrübəsizlik "Qəbələ"yə mane ola bilər"
 
Bu gün Avroliqanın qrup mərhələsində iki təmsilçimiz: "Qəbələ" və "Qarabağ" növbəti matçlarına çıxacaq. "Qəbələ" "Bakcell Arena"da Dortmund "Borussiya"sını qəbul edəcək, "Qarabağ" isə səfərdə "Monako"nun qonnağı olacaq.
 
"Qarabağ"ın sabiq futbolçusu, hazırda da bu klubun 17 yaşlılardan ibarət komandasını çalışdıran Samir Musayev bu qarşılaşmalar haqda öz fikirlərini Sportal.az-la bölüşüb:
 
"Qarabağ"ı ağır sınaq gözləyir. "Monako" güclü futbolçulara malikdir və təmsilçimizin aparıcı bir neçə futbolçusunun zədəli olmağı bir az da bizim işimizi çətinləşdirir. Buna baxmayaraq, inanıram ki, layiqli mübarizə aparacağıq, "Qarabağ" səfərdə daha yaxşı oynayır. İnşallah, futbolçularımızda inam daha üst səviyyədə olar və layiqli oyunla yaxşı nəticə qazanacağıq. Bir şeyi də qeyd edim, Qarabağda bizə qarşı vuruşan çox erməni indi Fransada yaşayır, qazandığımız yaxşı nəticə ordakı ermənilərin də bir cavabı olar. Çünki bilirəm ki, o oyuna çoxlu erməni gələcək, bu da bizim futbolçuların daha da istəkli mübarizə aparmasına təkan verəcək.
 
Düzdür, "Monako"nun heyətində də zədəli futbolçular var, ancaq unutmataq ki, "Monako" Fransanın ən güclü klublarındandır, heyətində çoxl zədəli olsa da, zədəliləri əvəz edə biləcək çox futbolçular var.
 
 
"Qəbələ" tarixində ilk dəfədir ki, belə adlı-sanlı kluba qarşı oynuyur, çətin olacaq. Bir az təcrübəsizlik "Qəbələ"yə mane ola bilər, ancaq istək və əzmkarlıq "Qəbələ"ni yaxşı nəticəyə gətirib çıxarda bilər. Bir vaxtlar klublarımız qrupa düşmək arzusunda olub, şükürlər olsun,  indi iki komandamız qrupda mübarizə aparır. Demək ki, rəqibin kimliyindən asılı olmayaraq mübarizə apara bilərik, əgər futbolçularımızda istək.əzmkarlıq və xarakter olarsa. Hər iki komandamıza uğurlar arzu edirəm, inanıram ki, təmsilçilərimiz yaxşı nəticələr qazanacaq"

Xəbər xətti