"İnter"in futbolçusu: "Sumqayıt"dan xal aldığımıza görə sevinirəm"

13:24 - 22 Oktyabr 2015

"Həmin oyunda məğlub da ola bilərdik"

 

Premyer Liqanın IX turunda "İnter" doğma meydanda "Rəvan"ı qəbul edəcək.

 

Sportal.az-a açıqlamasında oyun haqda fikirlərini bölüşən "İnter"İn futbolçusu Fuad Bayramov matçın çətin keçəcəyini bildirib:

 

"Rəvan"da baş məşqçi dəyişikliyi oyunun çətin keçəcəyindən xəbər verir. Çünki, hamı gördü ki "Sumqayıt" baş məşqçi dəyişikliyindən sonra bizimlə necə mübarizə apardı. Bu oyun da bizim üçün çox çətin olacaq. Futbolçular yeni məşqçiyə özlərini göstərmək istəyəcəklər. Statiskada "Sumqayıt"dan üstün ola bilərik. Lakin, statistikaya baxıb heç nə demək olmaz. "İnter"ə qarşı bütün komandalar yaxşı mübarizə aparır. Çempionatda asan rəqib yoxdur. Rəqibin kimliyindən asılı olmayaraq hər oyuna ciddi hazırlaşırıq. Ardıcıl 2 tur xal itirməyimizə baxmayaraq, komandada ab-hava yaxşıdır. "Sumqayıt"la oyunumuz doğrudan, heç cür alınmadı. Bu oyundan xal aldığımız üçün sevinirəm. Çünki, məğlub da ola bilərdik. Baş məşqçi mənə şans versə, "Rəvan"la oyunda meydana çıxıb əlimdən gələni edəcəm".

Xəbər xətti