"Qarabağ" "Qafqazın Barselona"sı adlandırılır
Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” bu gün III turda səfərdə “Monako”nun qonağı olacaq. “Monako” rəsmi saytında “Qarabağ”ın təmsil etdiyi şəhər Ağdamın işğalı haqda yazıb.
Sportal.az həmin yazını sizə təqdim edir:
Tarixdə ilk dəfə "Monako" və "Qarabağ" klubları üz-üzə gələcək. Dağlıq Qarabağda 1951-ci ildə yaranan klub ilk dəfə 1992-ci ildə çempionluq sevinci yaşayıb. 2013/14-cü illərdə ölkə çempionatının qalibi olan "Qarabağ" 21 il bu uğuru gözləmişdir. 2014/15 mövsümündə də ölkə çempionu Ağdam təmsilçisi olub.
Komandanın ləqəbi "atlılar"dır. Klubun loqosunda iki atın rəsmi həkk olunub. Çünki Dağlıq Qarabağda cins atlar çoxdur. Dağlıq Qarabağın işğalına görə bu komandaya "qaçqınlar"da deyilir. Komandanın Bakıya köçməyinin səbəbi 1984 və 1988-ci illərdə Ermənistan və Azərbaycan arasında başlayan Dağlıq Qarabağ savaşıdı. Bu səbəbdən "Qarabağ" məcburi olaraq Bakıya köçüb və doğma şəhərinə hələ də geri dönməyib. 1990-cı illərin əvvəllərində Ağdam şəhərində 30 minə yaxın insan yaşayırdı. 1992-ci ildə çempion olan "Qarabağ"ın baş məşqçisi Allahverdi Bağırov döyüşlərə qoşulub və Dağlıq Qarabağ müharibəsində iştirak edib.
2001-ci ildə “Azərsun Holdinq” şirkəti “Qarabağ”a sponsorluq etməyə başlayıb. 2008-ci ildə komandaya millinin bombardiri olan Qurban Qurbanov gətirildi. "Qarabağ" Qurbanovun gəlişindən sonra "tiki-taka" oyun sistemi ilə "Qafqazın Barselona"sı adlandırılır. İki il ardıcıl çempion olan "Qarabağ" ötən mövsüm olduğu kimi bu ildə Avropa Liqasında mübarizə aparır. Ötən il komanda qrupda bir qələbə qazanmışdı.
"Qarabağ" ev oyunlarını "Tofiq Bəhramov adında Respublika stadionu"nda keçirir. 1951-ci ildə inşa edilən stadion ilk olaraq Vladimir Lenin və Yozef Stalinin adınını daşıyıb. 1966-cı il Dünya Çempionatında finalda qarşılaşan Almaniya və İngiltərə matçında yan xətt hakimi olan Tofiq Bəhramov mübahisəli epizodda İngiltərənin lehinə qol qərarı verdi. 1993-cü ildən stadion məhz Tofiq Bəhramovun adını daşıyır.
saytlarin hazirlanmasi