Apellyasiya və Ekspert Komitəsinin qərarları
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, yığıncaqda “Bakılı”, “İnter” və “Neftçi” klublarının müraciətlərinə baxılıb. Müzakirələrdən sonra müvafiq qərarlar çıxarılıb.
AFFA-nın İntizam Komitəsinin “Bakılı” ilə bağlı qərar qüvvədə saxlanılıb və “Göyəzən”lə qarşılaşmadakı texniki məğlubiyyət ləğv edilməyib. Bu oyunun hakimlər briqadası və hakim-inspektoru barəsində hər iki komitə lazımi ölçü götürüb Apellyasiya və Ekspert Komitəsinə məlumat verməlidi.
“İnter” futbolçusu Zurab Xizanişvilinin 4 oyunluq kənarlaşdırması ilə bağlı qərardan şikayətinə də müsbət cavab verilməyib. Onunla bağlı İntizam Komitəsinin çıxardığı qərar qüvvədə saxlanılıb. “Bankirlər”in qapıçı Giorgi Lomaya ilə bağlı müraciəti isə qismən təmin edilib.
Gürcüstanlı legioner barədə İntizam Komitəsinin qəbul etdiyi qərar dəyişdirilib. Futbolçu intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunub. 6 aylıq sınaq müddəti ərzində futbolçu analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
“Neftçi”nin 2 matçlıq cəzalanan Fəhmin Muradbəyli ilə bağlı müraciəti də təmin edilməyib.
saytlarin hazirlanmasi