Prosineçki "Trabzonspor"la danışıqlar aparır

20:08 - 23 Oktyabr 2015

Menecer onu Türkiyəyə aparmaq istəyir

 

Milli komandamızın baş məşqçisi Robert Prosineçki haqda yeni iddia ortaya atılıb.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis millimizdən ayrıla bilər. Belə ki, Prosineçkinin "Trabzonspor"la danışıqlar apardığı iddia edilir. Xorvat çalışdırıcını Bakıya gətirən menecerin onu yenidən Türkiyəyə aparmaq istədiyi yazılıb. Son vaxtlar uğursuz çıxış edən Qara dəniz təmsilçisinin gürcü mütəxəssis Şota Arveladzenin yerinə baş məşqçi postuna məhz millimizin çalışdırıcısını gətirmək istədiyi bildirilir.

 

Qeyd edək ki, R.Prosineçki 2012-2013-cü illərdə Türkiyənin "Kayserispor" klubunu çalışdırıb.

Xəbər xətti