"Çıxış yolu qışa qədər gözləməkdir"
"Ardıcıl 5-ci oyundur ki, qələbə qazana bilmirik. AZAL ilə oyuna çox bərbad başladıq. İkinci hissədə vəziyyəti öz xeyrimizə dəyişməyə çalışdıq, qol da vurduq".
Sportal.az xəbər verir ki, bu sözləri AZAL-a 1 - 2 hesablı məğlubiyyətdən sonra "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib.
Gənc mütəxəssis çıxış yolunun qışa qədər gözləmək olduğunu bildirib: "Amma oyunun son dəqiqələrində səhvə yol verdik, qapımıza penalti təyin olundu. Rəqib bundan maksimum yararlandı və biz məğlub olduq. Bəlkə də həyatım boyu bu qədər məyus olmamışdım. Çıxış yolu qışa qədər gözləməkdir. Əgər mən burada qalsam, layiq olmayan futbolçular göndəriləcək. Gənc, təcrübəli futbolçu başa düşməlidir ki, hansı klubda oynayır. Bu formanı geyinirsənsə, mahiyyətini dərk etməlisən".
saytlarin hazirlanmasi