Tərlan Əhmadov: "Biz oyunun taleyini ilk hissədə həll edə bilərdik"

20:49 - 23 Oktyabr 2015

"Artıq məşqçilər korpusunun, futbolçuların maaşları ödənilib”

 

"Ruh düşkünlüyünə baxmayaraq, AZAL əzmkar oyun sərgilədi. Ümumilikdə hər iki komandanın ifasında maraqlı, mübarizəli bir oyun gördük".

 

Sportal.az xəbər verir ki, bu fikirləri Premyer Liqanın 9-cu turunun açılış matçında "Neftçi" üzərində 2 - 1 hesablı qələbədən sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmadov bildirib.

 

O, daha sonra fikirlərinə belə davam edib: "Biz oyunun taleyini ilk hissədə həll edə bilərdik. Sadəcə, yaradılan qol vəziyyətlərindən maksimum istifadə edə bilmədik. Fasilədə komandaya əks hücumlarda oynamağı tapşırdım. Eyni zamanda, edilən dəyişikliklər də öz bəhrəsini verdi. Bu qələbəyə görə komandaya təşəkkür edirəm, artıq "Neftçi" ilə matçı unudub, növbəti tura hazırlaşmaq vacibdir. Biz bəzi səhvləri etməsəydik, indi xallarımız daha çox olardı. Maliyyə durumu normallaşmaqdadır. Artıq məşqçilər korpusunun, futbolçuların maaşları ödənilib”.

Xəbər xətti