"Neftçi"nin kapitanı: "AZAL-a məğlubiyyət mənim üçün ölümdən betərdi"

21:10 - 23 Oktyabr 2015

"Futbolçunun düşüncəsi, dərrakəsi və qeyrəti olub çıxıb meydana oynamalıdır"
 
Bu gün Azərbaycan Premyer Liqasında 9-cu turun oyunlarına start verilib. Turun açılış matçında AZAL "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.
 
Oyundan sonra “Neftçi”nin qolkiperi Aqil Məmmədov sportal.az-a müsahibə verib:
 
Oyunla bağlı fikirlərin nədir?
- Mənim üçün biabırçılıq. “Neftçi” kimi komandaya belə məğlubiyyət həqiqətən də yaraşmır. Heç nə deyə bilmirəm
 
Çıxış yolunu nədə görürsünüz?
- Meydana çıxıb can qoymaq lazımdır. Qələbə qazanmaq üçün vuruşmalıyıq. Onu da hələ ki, bacarmırıq
 
- Fasilədən sonra nisbətən yaxşı oynadınız. Baş məşqçi sizə fasilədə nə tapşırmışdı?
- Baş məşqçimiz bizdən öz oyunumuzu nümayiş etdirməyi istədi. “Neftçi”yə layiq futbol oynayın. Bir sözlə, məşqçimizin tapşırıqlarını yerinə yetirə bilmədik. Rəhbərliyin və məşqçinin burda heç bir günahı yoxdur. Ancaq futbolçular günahkardır
 
- Artıq neçə turdur qapınıza penalti təyin olunur. Bu haqda nə söyləyə bilərsiz?
- Penalti olduğuna görə penalti verildi. Hakim haqlı idi
 
Penalti epizodunda topu dəf etməyə yaxın olsanda bunu bacara bilmədin...
- Penalti epizodları üçün çoxlu məşq etmişdim. Yenə deyirəm, bu məğlubiyyətdə bir günahkar varsa da, biz futbolçularıq. AZAL neçə aydır ki, maaş almır. Çox şey söyləmək istəmirəm. Bizdə hər şey qaydasındadır. Heç bir problemimiz yoxdur. Komandaya hər cür dəstək var
 
- Aqil, kapitan kimi oyunçularla söhbət edirsən?
- Deməyə söz tapa bilmirəm. Bilmirəm, şanssızlıqdır sanki, tilsimlənmişik. Yenə də, əlavə edilmiş dəqiqələrdə qol buraxdıq
 
Sanki, bu oyunda daha çox sarsılmısız...
- AZAL-a məğlubiyyət mənim üçün ölümdən betərdir. Çünki AZAL neçə aydır ki, maaş almır. Məşqçidə heç bir günah yoxdur. Çıxıb Samir müəllim oynamayacaqki? Futbolçuya nə dəstək varsa rəhbərlik tərəfindən verilir. Maaşımız, məşqlərimiz hamısı vaxtındadır. Sadəcə, futbolçunun da düşüncəsi, dərrakəsi və qeyrəti olub çıxıb meydana oynamalıdır. Nə qədər belə olmalıdır axı? İçi özüm qarışıq deyirəm. Komanda şəklində hamıya deyirəm. 

Xəbər xətti