"Biz bu oyunda qələbəni daha çox istəyirdik"
Premyer Liqanın 9-cu turunda AZAL "Neftçi" 2:1 hesabı ilə məğlub edib. "Təyyarəçilər"in qələbə qolunun müəllifi Aleksandr Quruli oyundan sonra Sportal.az-a müsahibə verib:
- "Neftçi"ni məğlub etdiniz..
- Qarşılaşmaya yaxşı başladıq. Bu oyunda üç xal çox lazım idi. Çünki buna kimi həddindən artıq xal itkisinə yol vermişdik. Amma "Neftçi" ilə matçda sübut etdik ki, biz də ciddi komandayıq. Çempionatın sonuna hələ çox var, bizə güvənmək olar. Qarşıdakı oyunlarda da bunu sübut edəcəyik
- İkinci hissə daha zəif çıxış etdiniz. Buna səbəb nə idi?
- Bizdə həmişə nəsə belə olur. Yaxşı oynadıqdan sonra hardasa rahatlaşma olur . Hamımız qələbə qazanmaq istəyirdik, bunu da etdik. Oyuna sonradan daxil olanlar da qələbədə pay sahibi oldular. Əvəzetmələr də öz sözünü dedi, Məhəmməd Bədəlbəyli sona kimi rəqib qapısına tərəf qaçdı. Penalti də qazandı.
- Penalti epizodunda nə düşündün?
- Düşünürdüm ki, nə olursa olsun bu penaltini yüz faiz dəqiq yerinə yetirməliyəm. Çünki evdə oynayırdıq və qələbə qazanmalıydıq.
- Bu zərbəni vurmağa özün qərar verdin?
- Mən hətta birinci penaltini də vurmalıydım. Amma rəqib mənə qarşı kobud oynadığına görə özüm vurmadım. Rəqib mənə qarşı kobud oynayırsa və penalti təyin olunursa, onu mən özüm vurmuram(gülür). Ona görə Nuqzarın vurmağı yaxşı oldu, əla da yerinə yetirdi.
- "Neftçi"nin bu qədər zəif çıxış edəcəyini gözləyirdin?
- Onlar çox yaxşı oynadılar və qol epizodları yaratdılar. "Neftçi" yaxşı komandadı, sadəcə biz bu oyunda qələbəni daha çox istəyirdik
- "Qəbələ" ilə matç barədə nə deyəcəksən?
- "Qəbələ" ilə bizi çətin oyun gözləyir. Amma heç nə olmaz. Ora yaxşı əhval-ruhiyyədə gedəcəyik. Orada da sübut edəcəyik ki, güclü komandalara qarşı oynamağa qadirik. "Qəbələ" Avropa Liqasında oynayan komandadı. "Qəbələ"də yaxın dostum Sergey Zenyov oynayır, onunla "Karpati"də bir çıxış etmişəm.
saytlarin hazirlanmasi