"Neftçi"nin hazırki durumunun niyə belə olduğunu bilmirəm" MÜSAHİBƏ

23:13 - 24 Oktyabr 2015

Denis Silva: "Neftçi" ilə oyun digər komandalarla oyunlar kimidir"
 
"İnter"in müdafiəçisi Denis Silva Kruzun Sportal.az-a müsahibəsi:
 
- Bu gün "Rəvan"ı məğlub etdiniz...
- Vacib 3 xal qazandıq, son iki oyun idi qalib gələ bilmirdik, bu qələbə futbolçuların növbəti qarşılaşmalara daha yaxşı motivasiya olması üçün də vacib idi.
 
- Artıq çempionatda ilk dövrə başa çatdı. Geridə qalan 9 oyunda 17 xal qazandınız. Bu nəticəni necə dəyərləndirirsən?
- Qənaətbəxş saymaq olar. Nəzərə alaq ki, qarşıda hələ çox oyun var, bu qarşılaşmalarda daha yaxşı nəticə qazanıb ilk 3 pillədə qərarlaşa bilərik. Məncə, qarşıdakı oyunlarda daha çox xal toplayacağıq.
 
- Sanki son oyunlarda komanda yaxşı oyun göstərmirdi. Bunun səbəbi nə idi?
- Komandada yeni futbolçular var, nəzərə alın ki, həm zədəlilərimiz oldu, həm də qırmızı vərəqə alanlarımız. Bu futbolçuları itirmək oyunumuza təsir etmişdi, artıq "Rəvan"la oyunda yeni futbolçular oyun üslubuna tam uyğunlaşmışdı, zamanla daha da yaxşı oyunlar göstərəcəyik.
 
- Növbəti turda sabiq komandan "Neftçi"yə qarşı oynayacaqsan....
- Mənim üçün "Neftçi" ilə oyun digər komandalarla oyunlarla eynidir, hazırda "İnter"in futbolçusuyam,  düzdür, "Neftçi"də yaxşı vaxtlarım olub, ancaq hazırda öz komandamda yaxşı oyun göstərmək haqda fikirləşirəm. 
 
- Sabiq komandan "Neftçi" hazırda pis günlərini yaşayır. Bu haqda nə deyə bilərsən?
- Mənim nəsə deməyim düzgün çıxmaz, çünki komandanın daxilində nələrin baş verdiyini bilmirəm. Orda oynayanda, komanda daxilində nələrin olduğunu bilirdim, indi isə "Neftçi"nin hazırki durumunun niyə belə olduğunu bilmirəm.

Xəbər xətti