Roman Qriqorçuk: "Məncə, heyətdə 4, 5 oyunçunu dəyişə bilərik"

19:49 - 25 Oktyabr 2015

İki fərqli heyətlə oynamaq isə, məncə, olmaz"

 

Premyer Liqanın 9-cu turu çərçivəsində "Qəbələ" "Zirə"ni qəbul edib.

 

Sporal.az xəbər verir ki, 0 - 0 hesablı bərabərliklə başa çatan matçdan sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında maraqlı fikirlər səsləndirib. Ukraynalı mütəxəssis vacib xal itirdiklərini qey edib: "Bu gün çox vacib xallar itirdik. Belə gərgin qrafikdə həm psixoloji, həm də fiziki planda çatışmazlıqlar olur. Digər tərəfdən səhvlərimizi aradan qaldırmalıyıq, çünki vaxtımız çox azdır. Yorğunluğun gətirdiyi əsəb gərginliklərinin olduğu vaxtda xarakter nümayiş etdirməliyik. Biz bu gün iki xalı  yorğunluqdan itirmədik. Düzdür, müəyyən dəyişiklik etmək olar. Məncə, heyətdə 4, 5 oyunçunu dəyişə bilərik. İki fərqli heyətlə oynamaq isə, məncə, olmaz".

Xəbər xətti