Kamran Abdullazadə: "Bizim üçün rəqibin kim olmasının fərqi yoxdu"

15:23 - 27 Oktyabr 2015

"Hər oyun qələbə qazanmaq üçün oynayırıq"

 

"Kəpəz"lə oyun arxada qaldı. Artıq o oyunu unutmuşuq. Biz sabahkı oyuna ciddi hazırlaşırıq və qələbəyə görə əlimizdən gələni edəcəyik".

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Xəzər Lənkəran"ın futbolçusu Kamran Abdullazadə bildirib.

 

Gənc yarımmüdafiəçi sabah "Sumqayıt"la keçiriləcək matçda yalnız qələbə üçün oynayacaqlarını deyib: "Sabah meydana yalnız qələbə üçün çıxacağıq. Biz hər oyun qələbə qazanmaq üçün oynayırıq və qalib gələcəyimizə inanıram.  "Sumqayıt" son turda "Qarabağ"ı məğlub edib. Lakin bunun bizim üçün önəmi yoxdu. Lənkəranda oynayacağıq. Bizim üçün rəqibin kim olmasının fərqi yoxdu,  bütün gücümüzü ortaya qoyub hər oyun qələbə qazanmaq üçün meydanda mübarizə aparırıq. Heyətimizdə itki var. Rasim Ramaldanov oynamayacaq. Bu bizim üçün ciddi itkidi. Lakin inanıram ki, gənc oyunçularımız onun yoxluğunu hiss etdirməyəcək".

 

"Kəpəz"lə keçirilən oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Abdullazadə zədəsinin ciddi olmadığını bildirib:  "Oyundan sonra tibbi müayinədən keçdim. Ciddi nəsə yoxdu. Məşqlərdə iştirak edirəm və sabah meydan da olacam".

Xəbər xətti