Heç kəs öz üzərinə götürmür
Bakının "İnter" klubunda maliyyə problemi davam edir.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə 1 ay yarımdır ki, futbolçuların maaşları verilmir. Bundan əlavə Avropa Liqasında 2 mərhələ keçdikləri üçün nəzərdə tutulan mükafatlar da hələ verilməyib.
Maaşların ödənilməsi məsələsini heç kəs öz üzərinə götürmür. Klub prezidenti Georgi Nikolov isə bu işin onluq olmadığını deyir.
Qeyd edək ki, "İnter" 9 turdan sonra Premyer Liqada 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi