"Sumqayıt"ın gənc qolkiperi: "Bu da son iki oyunumuzda öz bəhrəsini verdi" MÜSAHİBƏ

00:30 - 28 Oktyabr 2015

"Motivasiya baxımından Samir müəllim bizi oyuna daha üstün kökləndirir"
 
"Sumqayıt"ın gənc qolkiperi Tərlan Əhmədlinin Sportal.az-a müsahibəsi:
 
- Ötən oyun əsas heyətdə meydana çıxdın. Komandanın əsas qapıçısı olmağa hazırsan?
- Əsas heyətdə və ya ehtiyyatda qalmağım məşqçilərin qərarıdı. Mən bu şansı gözləyirdim. Kim istəməz ki, əsas heyətin oyunçusu olsun? Mən də bütün futbolçular kimi meydana çıxanda komandamın uğurunu düşünüb, ona faydalı olmağa çalışıram. Gələn oyunlarda əsas heyətdə kimin olacağına yenə məşqçilər qərar verəcək. Mən də hər zaman çalışacam ki, hazır olum
 
- Yeni baş məşqçi ilə meydana çıxdığınız 2 oyunda 4 xal qazanmısız. Güclü "İnter" və "Qarabağ"a məğlub olmadınınz. ..
- "Qarabağ" kimi adlı-sanlı komandaya qarşı oynamaq fəxrdi. Belə oyunlarda uğur qazanmağın səbəbi ilk növbədə komandanın bu cür güclü rəqiblərə qarşı psixoloji cəhətdən yaxşı hazırlaşmasıdı. Biz də oyuna hazır idik və yaxşı nəticə qazandıq. Çalışacağıq ki, bu uğurların davamı gəlsin.
 
- Aqil Məmmədovla Samir Abbasov arasında nə fərqlər var? Samir Abbasov gələndən sonra nə dəyişib komandada?
- Bu suala cavab vermək məncə, hələ tezdi. Amma deyə bilərəm ki, motivasiya baxımından Samir müəllim bizi oyuna daha üstün kökləndirir. Bu da son iki oyunumuzda öz bəhrəsini verdi. Hər məşqdən-məşqə hamımızda bu uğurun davamının gələcəyinə inam artır.
 
- İki oyundur ki,məğlub olmursuz. "XəzərLənkəran"la oyunda bu seriyanın davamını gətirə biləcəksiz?
- Bizdən hərəkət, Allahdan bərəkət.Buna görə şübhəsiz ki, əlimizdən gələni edəcəyik.
 
- Əsas qapıçı olmaq üçün Şahruddin Məhəmmədəliyevlə rəqabət aparmalısan. Rəqabətdən çəkinmirsənki?
- Kim olursa olsun, mən heç kimdən çəkinmirəm, əksinə rəqabət olmalıdı. Təbii ki, sağlam rəqabət
 
- U-21-in də son oyununda əsas heyətdə idin. Gələcək oyunlarda da bu şansın veriləcəyini gözləyirsən?
- Bu mənim buradakı vəziyətimdən, praktikamdan asılıdı. Yığmadan nə vaxt dəvət gəlirsə, gəlsin mən həmişeəcanla-başla hazıram.
 
- Son məşqdən sonra komandada vəziyyət necədi? Oyuna hazırsız?
- Hər şey yaxşıdı. Oyuna tam hazırıq.
 
- "Xəzər Lənkəran"la oyunla bağlı qarşısnıza hansı məqsəd qoyulub?
- Bizə ayrı-ayrı komandalara görə məqsəd qoyulmur. Hamı kimi biz də hər oyuna qələbə ücün çıxırıq.

Xəbər xətti