"Qarabağ"ın futbolçusu: "Buna görə özümü günahlandırıram"

15:35 - 28 Oktyabr 2015

"Deməli, nələrisə düz etmirəm"

 

"Qarabağ"ın futbolçusu Vüqar Mustafayev Premyer Liqanın X turu çərçivəsində bu gün keçiriləcək "Rəvan"la matçöncəsi fikirlərini bildirib.

 

Sportal.az-a açıqlamasında Musatafayev maraqlı fikirlər səsləndirib:

 

"Sumqayıt"la matçda komandanın yaxşı oynamağına baxmayaraq məğlub olduq. Çalışmalıyıq ki, həmin matçda buraxdığımız səhvləri bu oyunda etməyək. "Rəvan" da yaxşı komandadır. Ümumiyyətlə, çempionatda zəif komanda yoxdur. Əsas heyətdə meydana çıxıb-çıxmayacağım haqda heçnə deyə  bilmərəm. Fərqi yoxdur meydana kim daxil olur, əsas komandanın qələbəsidir. Təbii ki, ehtiyatda qalanda istər-istəməz həvəsdən düşürsən. Amma, buna görə ancaq özümü günahlandırıram. Deməli, nələrisə düz etmirəm. Onlar üzərində işləməliyəm".

Xəbər xətti